Premyer Liqada VII turun daha iki oyunu bu gün keçiriləcək.
Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Qarabağ"ın qonağı olacaq.
Qarşılaşma saat 17:00-da start götürəcək. Rəqiblərindən bir görüş az keçirən Ağdam klubu 10 xalla 5-ci pillədə qərarlaşıb. Altı oyunun hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.
Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma saat 19:30-da başlayacaq. Meydan sahibləri 11 xalla 4-cü, qonaqlar 12 xalla 3-cüdür.
VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
17:00. "Qarabağ" – "Kəpəz" 0:0
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: Əli Əliyev.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
"Azərsun Arena"
"Qarabağ": 1. Şahrudin Məhəmmədəliyev 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 32. Hikmət Cəbrayılzadə 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
"Kəpəz": 1. Kaçper Rosa 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 15. Raul Məmmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 19. Otar Aptsiauri 55. Kresus Donqo 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov
19:30. "Sumqayıt" – "Turan Tovuz"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu