RU

III MDB Oyunları: Bu gün kamandan oxatma üzrə komanda və qarışıq komanda mərhələlərinə yekun vurulub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xankəndi, 4 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışları davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma idman növü üzrə yarışların komanda və qarışıq komanda mərhələlərinə yekun vurulub. Gün ərzində Azərbaycan yığma komandası yüksək əzmkarlıq nümayiş etdirərək, bütün qarşılaşmalarda sona qədər mübarizə aparıb.

Yarışların həlledici mərhələsi sabah baş tutacaq. Final günündə qadınlardan ibarət yığma komandamız bürünc medal uğrunda Belarus komandasına qarşı mübarizə aparacaq. Bu qarşılaşma MDB Oyunlarının ən maraqlı görüşlərindən biri kimi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
2
azertag.az

4Источники