Ucarda avtomobil piyadanı vuraraq öldürüb. Hadisə günorta saatlarında qeydə alınıb.
Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil yolu keçən piyada Yediyar Bəşirovu vurub. Qəza nəticəsində piyada hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.