RU

Cəbrayılda Şəhər günü qeyd edildi-FOTO

İşğaldan azad olunmuş Cəbrayıl şəhərində artıq ikinci ildir ki, sakinlər Şəhər Gününü öz doğma yurdlarında bayram əhval-ruhiyyəsi ilə təntənəli şəkildə qeyd edirlər.

Tədbirin əvvəlində rayonun qədim və müasir tarixini, mədəni irsini əks etdirən foto və interaktiv sərgi nümayiş etdirilib, həmçinin, şəhərin balaca sakinləri üçün “face art” / feys art və interaktiv əyləncəli oyunlar təşkil edilib.

Tədbirin davamı olaraq, incəsənət xadimləri konsert proqramı ilə çıxış edərək şənliyə toplaşanlara xoş ovqat bəxş ediblər. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri şəhər gününə həsr olunmuş tədbirdə iştirak ediblər.

Qeyd edək ki, Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 4-də işğaldan azad edilmişdir. Cənab Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023 -cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.

Избранный
25
14
tribunainfo.az

10Источники