
Kolumbiyada ailə qızlarını ildırımın təsirindən xilas etmək üçün qeyri-adi üsula əl atıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, 22 yaşlı qadın evinin həyətində paltar yuyarkən onu ildırım vurub. Hadisə nəticəsində o, huşunu itirərək yerə yıxılıb.
Gənc qadın təxminən dörd saat bu vəziyyətdə qaldıqdan sonra sağ çıxmağı bacarıb.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.