RU

Qadın boksçularımız MDB Oyunlarını 9 medalla başa vurublar - FOTO

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.

 

Apasport.az xəbər verir ki, azərbaycanlı boksçu Gülər Hüseynova (48 kq) rusiyalı Darya Qavrinaya qalib gələrək qızıl medala sahib çıxıb.

 

Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) finalda rəqiblərinə uduzub və ikinci yerlə kifayətləniblər.

 

Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq) və Mirrüqeyya Azərpur (57 kq) bürünc medallar qazanıblar.

 

Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.

 

Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.

İki boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 24 boksçusu MDB Oyunlarının yarımfinalında

III MDB Oyunları: Azərbaycanın daha 6 boksçusu yarımfinala yüksəlib

Avropa çempionatı: İki boksçumuz 1/8 finala vəsiqə qazanıb

Azərbaycanın daha 4 boksçusu III MDB Oyunlarında yarımfinala yüksəlib

Избранный
8
15
apasport.az

10Источники