RU

Azərbaycanda bank sektorunun biznes portfelinin həcmi qiymətləndirilib

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ötən ilin sonuna Azərbaycanın bank sektorunun biznes portfelinin ümumi həcmi 14,8 milyard manat təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

"Biznes portfelinin 56 %-i təşkil edən müştərilər üzrə təhlillər aparılıb, nəticədə qeyri-maliyyə sektoru üzrə risklərin idarə olunan səviyyədə olduğu qənaətinə gəlinib.

Aparılmış hesablamalara əsasən, təhlildə əhatə olunan şirkətlərin 91 %-i mənfəətlə faəliyyət göstərməkdədir. Sektorun mənfəətliliyi əməliyyat mənfəəti marjası və xalis mənfəət marjası göstəriciləri vasitəsilə qiymətləndirilib. Sektorlar arasında informasiya və rabitə sektoru üzrə mənfəətlilik digər sektorlara nisbətən yüksək olub", - AMB qeyd edib.

Qeyri-maliyyə sektounun likviliyi mütləq və cari likvidlik əmsalları əsasında qiymətləndirilib. Təhlil nəticələrinə əsasən real sektorda mütləq likvidlik əmsalı aşağı olsa da, cari likvidlik əmsalı 1-dən yüksək olub (yalnız informasiya və rabitə sektorunda bu göstərici 1-dən aşağı olub).

Təhlil nəticələrinə əsasən kapitala nisbətdə ən yüksək borclanma və ən yüksək leverec əmsalı emal sənayesi sektorundadır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
2
cebheinfo.az

3Источники