RU

Növbədə olan neçə imtiyazlı şəxs avtomobillə təmin edilib?

ain.az, Azpost saytına istinadən bildirir.

Ötən dövr ərzində müharibə və 20 Yanvar hadisələri, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan 7,8 min nəfərə avtomobil təqdim edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, son illər bu istiqamətdə tədbirlər ardıcıl xarakter alıb və qeyd edilən kateqoriyalara aid olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə isə 7,8 min avtomobil təqdim edilib.

“2024-cü ildə bu təminat üçün növbədə olan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı artıq tam şəkildə yekunlaşdırılıb. Avtomobilə tibbi göstəriş veriləcək şəxslərin də avtomobillərlə təminatı həyata keçiriləcək”,- qurumdan əlavə olunub.

Qeyd edək ki, müharibə və 20 Yanvar hadisələri, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin olunurlar.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
4
azpost.info

5Источники