RU

Qadın boksçularımız MDB Oyunlarını 9 medalla başa vurublar - FOTOLAR

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, azərbaycanlı boksçu Gülər Hüseynova (48 kq) rusiyalı Darya Qavrinaya qalib gələrək qızıl medala sahib çıxıb.

Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) finalda rəqiblərinə uduzub və ikinci yerlə kifayətləniblər.

Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq) və Mirrüqeyya Azərpur (57 kq) bürünc medallar qazanıblar.

Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.

Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.

"Cebheinfo.az" 

Избранный
18
6
cebheinfo.az

10Источники