Tbilisinin Azadlıq meydanında müxalifətin keçirdiyi mitinqdə xalq birliyinin bəyannaməsi oxunub.
Aznews.az xəbər verir ki, təşkilatçılardan biri "Rustaveli prospekti" hərəkatının lideri Paata Burçuladze vətəndaşları sənəddə yer alan bəndləri dəstəkləməyə çağırıb.
Mitinq iştirakçıları Azadlıq meydanından Prezident iqamətgahına doğru yürüş ediblər. Dövlət başçısının Orbeliani Sarayında və ətraf ərazilərdə təhlükəsizlik gücləndirilsə də etirazçılar Gürcüstan Prezidentinin sarayının ərazisinə daxil olublar.
Hadisə yerinə xüsusi təyinatlılar səfərbər edilib.