RU

Onu millinin başına kim(lər) gətirdi? - Birmənalı qarşılanmayan təyinatın arxa üzü…

Bilindiyi kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.

Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Bu barədə AFFA-nın yaydığı məlumatda bildirilir ki, U-21 əsas millinin ehtiyat bazası hesab olunur.

Bu səbəbdən, U-21-in məşqçi korpusu əsas yığmanın baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq.

Məqsəd gənc oyunçuların gələcəkdə əsas milliyə daha hazırlıqlı şəkildə qoşulmalarına şərait yaratmaqdır.

Gözlənildiyi kimi, gənclər komandasının R.Eyyubova tapşırılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Məşqçi həyatına yeni atılmış, indiyədək klub və milli səviyyəsində təkbaşına çalışmamış, bu sahədə heç bir təcrübəsi olmayan birinin belə önəmli vəzifəyə gətirilməsi təəccüb doğurub.

Bilirik ki, AFFA rəhbərliyində də onun perspektivinə münasibət yekdil deyil. Məsələn, baş katib Cahangir Fərəcullayevin Rəşad Eyyubovu görmədiyinı eşitmişik.

Onun fərqli bir namizəd üzərində dayanması da bizə gəlib çatan informasiyalar arasındadır.

Ayxan Abbasovdan boşalan kürsüyə məhz Eyyubovun gətirilməsi federasiyanın iki vitse-prezidentinin işidir.

Belə ki, Balakişi Qasımovla Maksud Adıgözəlov «Sabah»dan tanıdıqları məşqçinin U-21-də fəaliyyət göstərməsi üçün güclərini birləşdirib.

Onların israrlı təkidlərindən sonra qurumun prezidenti Rövşən Nəcəf prosesin bu şəkildə tənzimlənməsinə razılaşıb.

SPORTİNFO.AZ

Избранный
24
sportinfo.az

1Источники