RU

Rövşən Nəcəf Azərbaycanın U-16 millisini təbrik edib

AFFA-nın prezidenti Rövşən Nəcəf 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini Qəbələdə keçirilən III MDB Oyunlarında gümüş mükafat qazanması münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib: 

“Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandası ölkəmizdə keçirilən III MBD Oyunlarında gümüş medal qazanıb. Gənc futbolçularımızı və məşqçilər heyətini ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayıram. Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır”.

Qeyd edək ki, qrupda Tacikistan (1:0) və Qırğızıstan (4:0) yığmaları üzərində qələbə qazanan U-16 final görüşündə Rusiya seçməsinə (2:3) məğlub olub.

Избранный
13
7
operativmedia.az

10Источники