Futbol üzrə 16 yaşadək futbolçulardan ibarət yığmamızın Qəbələdə keçirilən III MDB Oyunlarında gümüş medala yiyələnməsi münasibətilə AFFA-nın prezidenti Rövşən Nəcəf təbrik ünvanlayıb. 

Offsideplus.az xəbər verir ki, qurumun prezidenti bu sözləri deyib:

"Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandası ölkəmizdə keçirilən III MBD Oyunlarında gümüş medal qazanıb. Gənc futbolçularımızı və məşqçilər heyətini ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayıram. Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır".

Qeyd edək ki, qrupda Tacikistan (1:0) və Qırğızıstan (4:0) yığmaları üzərində qələbə qazanan U-16 final görüşündə Rusiya seçməsinə (2:3) məğlub olub.