RU

Maykl Olise üçün 100 milyon avroluq təklif

style='margin-bottom:10px;'>

“Bavariya”nın yarımmüdafiəçisi Maykl Olise yayda Fransaya qayıda bilər.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ 23 yaşlı futbolçunu transfer etmək istəyir. 

Paris təmsilçisi Olisenin keçidi üçün 100 milyon avro ödəməyə hazırdır.

Gənc vingerə Fransa klubu ilə yanaşı Premyer Liqanın nəhəngləri – “Çelsi”, “Liverpul” və “Mançester Siti” də maraq göstərir.

Qeyd edək ki, “Bavariya” Oliseni 2024-cü ilin yayında “Kristal Pelas”dan heyətinə qatıb. Fransa millisinin üzvü bu mövsüm Münhen klubunun formasını geyindiyi 14 oyunda 8 qol vurub və 8 asistlə yadda qalıb.

Избранный
20
2
teleqraf.com

3Источники