Bu gün saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Rəşad Ələsgərovun idarə etdiyi “Mersedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi BMV markalı avtomobil toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü – Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.