RU

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Gürcüstanın Vaşinqtondakı səfiri Tamar Taliaşvili ABŞ Dövlət Departamentinə çağırılıb.

APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə məlumatı Azadlıq radiosu ABŞ-ın Gürcüstandakı səfirliyinə istinadla yayıb.

Məlumata əsasən, səbəb Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradzenin bu yaxınlarda ABŞ-la bağlı səsləndirdiyi bəyanat olub.

O, ABŞ-ın Taylanddakı səfirliyinin Gürcüstanda radikalizmin maliyyələşdirilməsində iştirak etdiyini bildirib.

Səfirlik Gürcüstan hökumətinin yüksək vəzifəli şəxsləri tərəfindən KİV-in yanlış məlumatlarını məsuliyyətsiz şəkildə şişirdilməsindən dərin narahatlığını ifadə edib.

Diplomatik nümayəndəliyin şərhində bildirilib ki, Dövlət Departamentinin Banqkokdakı maliyyə xidmətləri mərkəzi vasitəsilə bütün tranzaksiyalar şəffafdır, ABŞ və qəbul edən ölkənin qanun və qaydalarına tam uyğun olaraq həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
3
azpolitika.info

5Источники