RU

Somalidə Prezident sarayı yaxınlığında partlayış oldu

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Somalinin paytaxtı Moqadişoda Prezident sarayının yaxınlığında yerləşən həbsxanada güclü partlayış baş verib.

Globalinfo.az yerli mediaya istinadla xəbər verir ki, hadisə zamanı bir neçə partlayış səsi eşidilib.

Yerli mənbələrin məlumatına görə, həbsxana radikal “Əl-Şəbab” qruplaşmasının silahlıları tərəfindən hücuma məruz qalıb. Silahlılar partlayışlardan sonra atışma başlayıb və bəzi məhbusların müəssisədən qaça bildiyi bildirilir.

“İkinci partlayış indicə içərisində eşidilib”, – deyə yerli nəşr yazıb.

Hadisə yerində təhlükəsizlik qüvvələri və xilasedicilər cəlb olunub. Hazırda partlayışın miqyası və mümkün itkilər barədə məlumat verilmir.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
globalinfo.az

1Источники