RU

Tramp: “Hamas tez hərəkət etməlidir, gecikməni bağışlamayacağam”

ABŞ Prezidenti Donald Tramp, İsrailin Qəzzaya qarşı bombalama əməliyyatlarını müvəqqəti dayandırmasını alqışlayaraq, Hamasın girovların azad edilməsi məsələsində sürətli addım atmalı olduğunu bəyan edib. O, gecikməyə əsla dözməyəcəyini açıq şəkildə bildirib.

Donald Tramp, İsrail Baş naziri Benyamin Netanyahu ilə birlikdə açıqladığı 20 maddəlik Qəzza planını qismən qəbul etdiyini bildirən Hamas-a sosial media hesabından diqqətçəkən çağırış ünvanlayıb.

"Hamas sürətli olmalıdır. Gecikməyə əsla dözməyəcəyəm. Əks halda bütün danışıqlar dayanacaq. Hər kəsə ədalətli davranılacaq," - Tramp bildirib.

Hamas, daha əvvəl ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi 20 maddəlik Qəzza planını qismən qəbul etdiyini açıqlamışdı. Bu plan İsrailin bölgədən çəkilməsini və atəşkəsin təmin olunmasını nəzərdə tutur.

Tramp, Hamasın cavabından sonra daimi sülhə yaxınlaşıldığına inandığını söyləmiş və İsraildən bombardmanı dayandırmağı xahiş etmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında, Hamasın bu addımı ilə sülhə hazır olduğunu bir daha göstərdiyini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
2
olaylar.az

3Источники