Oktyabrın 4-də III MDB Oyunları çərçivəsində Mingəçevir “Kür” olimpiya
Kompleksində karate yarışları başa çatıb.
Turqut Həsənov (84 kq), İrina
Zaretska (68 kq) və Fərid Ağayev (-75 kq) rəqiblərinə qalib gələrək qızıl
medala sahib olublar.
Asiman Qurbanlı (+84 kq) həlledici
döyüşdə uduzaraq ikinci yerlə kifayətlənib. Aysu Əliyeva (-61 kq), Fərid
Şahbazlı (-84 kq) və Rəşid Süleymanov (-75 kq) isə bürünc medallar qazanıblar.
Xatırladaq ki, dünən 55 kiloqram
çəki dərəcəsində iki azərbaycanlı karateçi qarşılaşıb. Mədinə Sadiqova Nəzrin
Piriyevaya qalib gələrək qızıl medal qazanıb. Gümüş medala həmçinin Fərid
Savadov (60 kq) sahib çıxıb.
Digər təmsilçimiz Nuran Rzazadə
(-67 kq) qırğızıstanlı Yerlan Akılbekə qalib gəlib (7:3) və qızıl medal
qazanıb.
Bundan başqa Roman Heydərov
(kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib
çıxıb.
İnci Əzizova (50 kq), Aslan
Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata)
yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
Beləliklə, karateçilərimiz
turniri 16 medalla başa vurublar.
Rizvan CƏFƏROV,
"Azərbaycan"