RU

III MDB Oyunları: Azərbaycan badmintonçusu finala vəsiqə qazanıb

Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunları çərçivəsində finala vəsiqə qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, fərdi yarışlarda belaruslu Mariya Vajniklə üz-üzə gəlib.

Azərbaycan təmsilçisi bu görüşdə qalib gəlib.

Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək final qarşılaşmasında badmintonçunun rəqibi rusiyalı Marina Tarasova olacaq.

"Cebheinfo.az" 

Избранный
49
cebheinfo.az

1Источники