RU

Tiflisdəki iğtişaşlarda 14 polis yaralandı - VİDEO

Tiflisdə baş verən iğtişaşlar zamanı 14 polis əməkdaşı yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, onlardan birinin vəziyyəti ağırdır.

Hadisə zamanı bir neçə etirazçı saxlanılıb.

Baş nazir İrakli Kobaxidze Tiflisdə Prezident Sarayının yaxınlığında keçirilən mitinqi cinayət adlandırıb və iştirakçıların cəzalandırılacağını bildirib.

Musavat.com

Избранный
18
4
musavat.com

7Источники