RU

Nə qədər qazanacağı məlum oldu - Yeni müqavilə imzalasa

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun yeni müqaviləsi ilə bağlı maliyyə detalları məlum olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı illik 6 milyon avro “təmiz” maaş qazanacaq. Bu göstərici Pedrinin əməkhaqqısı ilə eynidir.

Bununla belə, De Yonq hələ də komandadakı bəzi aparıcı oyunçulardan – Robert Levandovski, Rafinya Dias, Lamin Yamal və qapıçı Mark-Andre ter Ştegenlə müqayisədə daha az qazanacaq.

28 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Barselona”nın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 7 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla hazırkı müqaviləsinin müddəti gələn yay başa çatacaq.

Избранный
9
sportinfo.az

1Источники