RU

Kurban Berdıyev: “Müəyyən çatışmazlıqlar var”

Apasport saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Turan Tovuz" Misli Premyer Liqasının VII turunda səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Uşaqları təbrik etdim. Var gücləri ilə intizamlı oynadılar. Qələbəyə layiq idik".

- Qapıya zərbələr az olur. Bu haqda nə düşünürsünüz? 

- Hələ çox iş görməliyik. Müəyyən çatışmazlıqlar var.

- Əvəzedici komandadan əsas komandaya oyunçu cəlb olunmur. Bunun səbəbi nədir? 

- Onlardan bizimlə məşq edənlər var. Qeyri-təbii şəkildə cavan oyunçunu meydana buraxmaq olmaz. Burada rəqabət var, onlar rəqabətdə uduzurlar. Belə olan halda kimisə necə oynadım? Sonra ehtiyatda oturan futbolçularla problem ola bilər. Rəqabətdə qalib gəlmək lazımdır.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Bundan əvvəl milli fasilə var. Bu fasilə sizin xeyrinizə olacaq, yoxsa əksinə? 

- "Qarabağ" istənilən halda "Qarabağ"dır. Onların ikinci heyəti də əsas heyətə bərabərdir. "Qarabağ"la matçla bağlı nəsə demək, proqnozlaşdırmaq çətindir. Onlar Çempionlar Liqasında oynayırlar. Qələbələr münasibətilə Qurban Qurbanovu təbrik edirəm. Fasilənin necə təsir edəcəyini demək çətindir. Oyunlar bunu göstərəcək.

Ayxan Abbasovu millidə o əvəzləyəcək - RƏSMİ

III MDB Oyunları: Millimiz gümüş medallara sahib çıxdı - YENİLƏNİB

Minifutbol turniri: “APA” “Baku WS”ə qarşı

Asim Xudiyevə UEFA-dan təyinat

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
3
apasport.az

4Источники