RU

1500 dollardan ötrü yenidən Azərbaycana qayıtdı BİRİLLİK

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötən mövsüm “İmişli”də keçirmiş Pablo Alveş Enrike yenidən Azərbaycana qayıdıb.

24 yaşlı braziliyalı bu dəfə də I Liqada çıxış edəcək.

Cənubi amerikalı yarımmüdafiəçi ”Baku Sportinq”lə 10 aylıq müqavilə imzalayıb. ”Sambaçı” bu müddətdə 1500 dollar əməkhaqqı alacaq.

Pablo Braziliyada “Paulista”, “Quarani”, “Luverdense”, “Tubarao” və “Qoyania”nın formasını geyinib.

Orta sahə oyunçusu “İmişli”də çıxış etdiyi zaman özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Komandanın I Liqada ikinci yer tutaraq Premyer Liqaya vəsiqə qazanmasında mühüm pay sahibi olub. \\SPORTİNFO.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
2
hurriyyet.az

3Источники