İndi hamı “İmişli”dən danışır.
6 oyunda qazanılan 3 qələbə, 2 heç-heçə və cəmi 1 yenilgi.
“Sumqayıt”la oyundakı texniki məğlubiyyəti saymasaq, statistik göstəricilər məhz belədir. Lakin protokoldakı məlum diqqətsizlik səbəbəbindən aran təmsilçisinin xal xanasında 11 yox, 8 xal yazılıb.
Jorj Kaştilyanın çalışdırdığı kollektiv “Sabah” kimi iddialı rəqibini səfərdə məğlub edib, “Neftçi” və “Zirə” kimi komandalarla bərabərə qalıb.
Maraqlıdır, bir aya yığılan komandanın uğurlu çıxışının səbəbi nədir?
Qısa müddətdə əldə etdiyini nəticələrlə futbol ictimaiyyətini çaş-baş salan “İmişli”nin ilk turdan bu yana məğlub olmamasının kökündə nə dayanır?
Müdafiənin əsas simalarından sayılan braziliyalı Dioqo Rollo Sportinfo.az-ın məlum mövzu ilə bağlı sualını cavablandırıb:
“Bu, işə peşəkar yanaşmanın və gecə-gündüz çalışmağın nəticəsidir. Baş məşqçimiz Kaşkilya ilə çox çalışırıq.
Bir oyun başa çatmamış digərinin hazırlığına başlayırıq. Təhlillər, problemlərin aradan qaldırılması, nəzəriyyə - işimiz həddən artıq çox olur və bundan zövq alırıq.
Və ən önəmlisi odur ki, qazanılan bir qələbəyə görə arxayınlaşmırıq. Əksinə, davamını gətirmək istəyirik.
Çalışqanlıq və inam satəsində uğurlu çıxış edirik. Önəmli olan davamını gətirməkdir”.
HƏBİB