RU

"Forbes" Türkiyənin ən zəngin insanlarını açıqladı - SİYAHI

"Forbes" jurnalı tərəfindən hər il yenilənən "Türkiyənin ən zənginləri" siyahısının 2025-ci il versiyası dərc olunub. Bu il siyahıda yer alan milyarderlərin əksəriyyəti dəyişməsə də, sərvətlərindəki artım və azalma nəticəsində sıralamada mühüm dəyişikliklər baş verib.

Siyahıya Murat Ülker liderlik edir. 

Hesabata görə, Murat Ülkerin sərvətindəki artım əsasən "Ülker" və "Yıldız Holding" qrupuna aid beynəlxalq investisiyaların genişlənməsi ilə əlaqədardır.

"Forbes"in açıqladığı 2025-ci il üçün Türkiyənin ən varlı 10 nəfəri aşağıdakı kimidir:

Murat Ülker - 5,4 milyard dollar

Şaban Cemil Kazancı - 4,5 milyard dollar

Erman Ilıcak - 3,0 milyard dollar

İpek Kıraç - 2,8 milyard dollar

Mehmet Sinan Tara - 2,8 milyard dollar

Semahat Sevim Arsel - 2,7 milyard dollar

Ferit Faik Şahenk - 2,6 milyard dollar

Filiz Şahenk - 2,4 milyard dollar

Mustafa Rahmi Koç - 2,4 milyard dollar

Hamdi Ulukaya - 2,2 milyard dollar

(Valyuta.az)

Избранный
10
1
musavat.com

10Источники