RU

Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT: həyati riski var

Boy uzatma əməliyyatı əvvəllər yalnız ayaqlar arasındakı uzunluq fərqini aradan qaldırmaq üçün tətbiq olunurdu. Son illərdə isə bu cərrahi müdaxilə estetik məqsədlə, xüsusilə kişilər arasında sürətlə populyarlaşaraq dəb halını alıb. Nisbətən ucuz qiymətlər səbəbindən Türkiyə bu sahədə əsas mərkəzlərdən biri kimi tanınır.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı bud və ya baldır sümüyü kəsilir və xüsusi cihaz vasitəsilə tədricən uzadılır. Bu metod insana əlavə 5-8 santimetr boy qazandıra bilir.

Qiymətlər isə ölkədən-ölkəyə dəyişir: Türkiyədə əməliyyatın dəyəri 20 min - 65 min avro arasında dəyişkənlik göstərirsə, Böyük Britaniyada bu rəqəm 240 min funt sterlinqə qədər yüksəlir.

Lakin prosedurun cəlbedici görünməsinə baxmayaraq, riskləri də az deyil:Uzun reabilitasiya dövrü: sağalma müddəti aylarla, hətta bir ilə qədər çəkir, gündəlik fizioterapiya və dərman qəbulunu tələb edir.

Ağır fəsadlar: tromboz, xroniki sinir ağrıları və digər ciddi problemlər əmələ gələ bilər, bəzən ömürlük qalıcı olur.
Psixoloji motivlər: kişilər əsasən özünəinam qazanmaq və sosial statuslarını gücləndirmək üçün bu əməliyyata müraciət edirlər.

Qeyd edək ki, Çində kosmetik boy uzatma əməliyyatları təhlükəli olduğu üçün 2006-cı ildən qadağan edilib. Bununla belə, ekspertlər proqnozlaşdırırlar ki, 2030-cu ilədək bu əməliyyatların dünya bazarı 8,6 milyard dollar həcmində ola bilər.

Musa
Milli.Az
 

Избранный
14
6
milli.az

7Источники