RU

Putini həyəcan bürüdü, sadəcə bir cümlə dedi Rusiya daxilində qarışıqlıq

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin “Valday” konfransında çıxışı zamanı Ukraynadakı müharibə barədə qısa danışmağa üstünlük verib və sadəcə ordunun irəlilədiyini söyləyib.

Analitiklərin fikrincə, Putin bu irəliləmənin ölkəsi üçün hansı itkilər hesabına başa gəlməsi mövzusundan yan keçib. Müharibəyə başlama əmrini verən Kreml rəhbəri, onu necə yekunlaşdıracağını bilmir. O, artıq dördüncü ili tamam olacaq müharibəni davam etdirməkdən başqa alternativ görmür.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Rusiya indiyədək Ukraynanın dörddə birini işğal edib:

“Bu, olduqca böyük rəqəm və ərazi deməkdir. Hazırda cəbhə bölgəsində rəsmi Moskvanın uğursuzluğu və Ukrayna ordusunun əks həmləsi haqda danışa bilməsək də, Rusiyanın dərinliklərinə endirilən zərbələr bu ölkəni silkələməkdədir. Məlumata görə, ölkədə neft emalı 30 faizədək azalıb. Artıq yanacaq çatışmazlığı haqda danışılır. Bu sahədə əlavə 20 faiz itkinin olmasının nəticədə ordunun təminatına da mənfi təsir edəcəyi deyilir.

Putinin hakimiyyət təcrübəsi onun həyacanını büruzə verməsinə kömək edir. Sakit və özünə inamlı davranışı ilə həm xalqın və ordunun emosiyalarını idarə edir, həm də düşmənlərinə təsir göstərir. Ona görə də “Valday” konfransında müharibə ilə bağlı qısa danışıb. Təbii ki,  müharibə mühitinə uyğun olaraq ictimaiyyət üçün pozitiv açıqlamalar verib. Ancaq bu cür yanaşma ilə situasiyanı uzun müddət nəzarətdə saxlamaq onun üçün çətin olacaq. Deyilənlərlə reallıq arasındakı kəskin fərq dərinləşdikcə insanların narazılığının qarşısını almaq mümkün olmayacaq”.

Mütəllim Rəhimli

Siyasi şərhçi bildirib ki, Putin indi ABŞ ilə Avropa İttifaqı arasında olan anlaşılmazlığa ümid edərək Ukrayna cəbhəsində qələbəyə inanır:

“Kreml rəhbəri şərtlərinin Birləşmiş Ştatlar tərəfindən dəstəklənəcəyinə əmin olduğuna görə Qərbə qarşı aqressiv davranır. NATO üzvü olan bəzi ölkələrin hava sərhədlərini pozmaqdan çəkinmir. Bu, Putinin yeni taktikasıdır. Göstərmək istəyir ki, Ukrayna cəbhəsi onun üçün nəinki problem yaratmayıb, əksinə hətta Avropa ilə də müharibə etməyə güçü çatır. Belə bir hərəkət daxili ictimai rəy üçündür.

Avropa ölkələrinə isə həm də fərqli mesaj verir. Onları dolayı yolla apardığı müharibədə birbaşa iştiraka təhrik edir. Bu da həmin ölkələrin daxilində narazılıq yaratmağa hesablanıb.

Belə görünür ki, Ukraynada müharibə tezliklə bitməyə bilər. Ancaq hər şey ABŞ-Rusiya razılaşmasına bağlıdır. Rusiya və ABŞ Ukraynanı bölməyə razılaşsalar, muharibə başa çatacaq”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
globalinfo.az

1Источники