RU

Cüdoçularımızın dünya çempionatındakı rəqibləri məlum olub

Bakı. Trend:

Oktyabrın 4-də Perunun paytaxtı Limada cüdo üzrə gənclərarasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

Trend xəbər verir ki,püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqiblərimüəyyənləşib.

Mundialda Azərbaycan ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı (6oğlan, 2 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yarışda 65ölkədən 463 cüdoçu iştirak edəcək.

Dünya çempionatının təsnifat mərhələsinin görüşləri bu gün Bakıvaxtı ilə saat 16:30-da, final blokunu isə 03:00-da başlayacaq.

Oğlanlar:

60 kq, 1/32 final
Fərid Qarayev – Yuk Yu Lam (Honkonq)

-60 kq, 1/16 final
Nihad Məmişov – Luka Kabekana (Almaniya) / İsxak Aşpiz (İsrail)cütünün qalibi ilə

-66 kq, 1/32 final
Nizami İmranov – Alessandro Bikornyi (İtaliya)

-66 kq, 1/16 final
Məhəmməd Musayev – Saud Alzahrani (Səudiyyə Ərəbistanı)

-81 kq, 1/16 final
Süleyman Şükürov – İnyaki Baztan Merçan (İspaniya) / GenadiÇijevski (Moldova) cütünün qalibi ilə

+100 kq, 1/8 final
Ramazan Əhmədov – Giorgi Baduaşvili (Gürcüstan)

Qızlar:

-52 kq, 1/32 final
Xədicə Qədəşova – Harli Hiller (ABŞ)

-52 kq, 1/16 final
Aydan Vəliyeva – Lola Hodson (Böyük Britaniya)

Избранный
8
2
az.trend.az

3Источники