RU

İsrail nümayəndə heyəti Qəzzaya görə Misirə GETDİ

İsrail nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın Qəzza planını müzakirə etmək üçün Misirə yollanıb.

Publika.az “əl-Qahira 24” saytına istinadla xəbər verir ki, heyətə strateji məsələlər üzrə nazir Ron Dermer rəhbərlik edir.

Baş nazir Benyamin Netanyahu İsrail mediasında yayımlanan çıxışında bildirib ki, İsrail hökuməti ilə Tramp administrasiyası arasında koordinasiya mövcuddur. O, müharibəni dayandırmaq üçün həm ölkə daxilindən, həm də xaricdən böyük təzyiqlərlə üzləşdiyini vurğulayıb.

İsrailin Baş naziri yaxın günlərdə həlak olanların nəşlərinin və bütün əsirlərin bir mərhələ çərçivəsində geri qaytarılacağına ümidini ifadə edib.

Избранный
32
2
publika.az

6Источники