Astara stansiyasından 13 km cənib-şərqdə, Xəzər dənizində zəlzələ olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 05:10-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.
Zəlzələ ocağı 45 kilometr dərinlikdə yerləşib.