Astara stansiyasından 13 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Operativ Media bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yerli vaxtla saat 05:36-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanların ocağı 45 kilometr dərinlikdə yerləşib.