RU

İranda qadınlar daha hicab taxmayacaq? – DETALLAR

İranda hicab, baş örtüsü məcburiyyətinin ləğvi Azərbaycanda fərqli formada anlaşılıb. Çoxları İranda baş örtüsü məcburiyyətinin ləğv edilməsini sərbəst geyimə keçid kimi başa düşüb.

Tribunainfo.az xəbər verir ki, jurnalist Fikrət Fərəməzoğlu baş örtüsü məcburiyyətinin ləğvinə aydınlıq gətirib. O bildirib ki, İranda hicab məsələsi ləğv edilməyib:

“Məhz Pezeşkianın təkidi ilə həmin halı tənzimləyən “Hicab və İffət haqqında” qanunun icrası müvəqqəti dayandırılıb.

Amma bu o demək deyil ki, hər kəs açıq saçıq geyinə bilər. Üst geyim norması yerində qalır. Yəni, biri vulqar geyinə, mini yubkada küçəyə çıxa bilməz. Sadəcə, geyim daha əvvəlki kimi olmayacaq. Müəyyən qaydalara riayət etməklə.

Bu gün açıqlanan məqam o deməkdir ki, qadınlar baş örtüsüz sərbəst küçəyə çıxa bilər. İndiyə qədər buna görə cərimə tətbiq olunurdu, əxlaq polisi onları saxlamaq hüququna malik idi. Bundan sonra polis müdaxilə etməyəcək, cərimə də olmayacaq. Üstəlik, bu mövzu ilə bağlı cərimələr və məhkəmə işləri ləğv olunacaq.

Hicabın ləğvi qərarını İranda üç qurum verə bilər. Ali dini lider və ofisi, Məclisi Xubriqan və Parlament. Bu üç məqamdan heç biri belə bir qərar verməyib”.

Gülşən Rəsul

Избранный
31
1
tribunainfo.az

2Источники