RU

Klub rəhbərliyi yeni namizədlərlə danışıqlar aparır - Onlardan biri də...

“Milan” və “Portu”nun sabiq çalışdırıcısı Serjio Konseysao yaxın günlərdə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi təyin oluna bilər.

Sportinfo.az xəbər verir ki bu barədə “Foot Mercato” məlumat yayıb.

Ciddə təmsilçisi qısa müddət əvvəl fransalı mütəxəssis Loran Blanı istefaya göndərib. Klub onunla yollarını ayırdıqdan sonra rəhbərlik yeni namizədlərlə danışıqlar aparıb.

“Əl-İttihad” rəhbərliyi həmçinin, Luçano Spalletti və Rocer Şmidtlə də təmasda olub.

Избранный
25
sportinfo.az

1Источники