Bitkoinin qiyməti 124 480 dolları keçərək, ən yüksək həddə çatıb.
Bunu “Binance” platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 9:11-də kriptovalyuta 124,90 dollara (+1,97 %) ticarət olunurdu. Üç dəqiqə sonra bitkoin qiymət artımını sürətləndirib və 125 180 dollara (+2,06 %) çatıb.
Əvvəlki bütün zamanların ən yüksək qiymət səviyyəsi 2025-ci il avqustun 14-də kriptovalyutanın 124 470 dollara çatdığı vaxt qeydə alınıb.
MənbəReport