RU

Bakı–Şamaxı yolunda təkər partlaması qəza ilə nəticələib

Bakı. Trend:

Oktyabrın 5-də səhər saat 06:30 radələrində Bakı-Şamaxıavtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi başverib.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ilkinaraşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olanzaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobilüzərində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındadayanan piyadanı vurub.

Hadisə nəticəsində piyada xəsarət alıb.

Qeyd edək ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzisürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına,xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir vəbelə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmazedir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki,təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgünolmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanıidarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin başverməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdəsaxlanılması yalnız qayda deyil, həm də yol hərəkətindətəhlükəsizliyin əsas təminatıdır.

Məqalədə:
Избранный
14
36
az.trend.az

10Источники