RU

Səbail rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Xəbər verildiyi kimi, paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


***

10:00


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə APA-ya FHN Mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.
Избранный
10
12
sherg.az

10Источники