RU

Tbilisidə iğtişaşların təşkilatçıları saxlanılıb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Tbilisi polisi paytaxtda etiraz aksiyalarının beş təşkilatçısını saxlayıb".

Oxu.Az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daravelidze deyib.

Onun sözlərinə görə, saxlanılanlar ictimai xadim Paata Burçuladze, "Milli Hərəkat" partiyasının üzvü İrakli Nadiradze, keçmiş prokuror Murtaza Zodelava, "Strategiya Ağmaşenebeli" partiyasının üzvü Paata Mancqaladze və polkovnik Laşa Beridzedir.

O, həmçinin əlavə edib ki, saxlanılan şəxslər Gürcüstanın Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırışlar etmək, qrup şəklində zorakılığın təşkili, rəhbərliyi və ona qoşulmaqda ittiham olunurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
oxu.az

5Источники