III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarına Azərbaycan komandası medalla başlayıb.
"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, günün ilk yarışında Amil Ramazanov birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medal qazanıb.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.