RU

DİN-in əməkdaşları III MDB oyunları ilə bağlı fasiləsiz rejimdə çalışır — FOTOLAR

Ölkəmizdə keçirilən III MDB oyunları ilə əlaqədar Qəbələdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub.

DİN-dən Demokrat.az-a verilən məlumata görə, rayon ərazisində və oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı qüvvə cəlb edilib. 

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin qorunması, eləcə də hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.

 








Избранный
8
24
demokrat.az

10Источники