RU

Ağciyərləri necə təmizləmək olar?

Son illərdə siqaretin artması, havanın çirklənməsi və COVID-19 kimi infeksiyalar ağciyər sağlamlığını ciddi təhlükə altına salır. Qaraciyər və bağırsaqların təmizlənməsindən tez-tez danışılır, amma ağciyərlərin də gücləndirilməsi üçün addımlar vacibdir.

E-saglam.az xəbər verir ki, pulmonoloq Dr. Seha Akduman bildirir ki, ağciyərlərin özünü bərpa etmək qabiliyyəti məhduddur. Buna baxmayaraq, bəzi tədbirlər onların funksiyasını dəstəkləyə bilər.

Ağciyərləri qorumaq üçün nə etmək olar?

Siqaret və elektron siqaretdən imtina edin. Passiv siqaret tüstüsündən də uzaq durun.

Üzgüçülük və yüngül gəzinti kimi məşqlərlə nəfəs tutumunu artırın.

Düzgün nəfəs məşqləri edin ki, oksigen ağciyərlərə daha yaxşı çatsın.

Gündə 2-2,5 litr su için. Bu, seliyi incəldir və çıxmasına kömək edir.

Evinizi mütəmadi havalandırın, kimyəvi təmizləyicilərdən az istifadə edin.

Qrip və pnevmoniya peyvəndlərini vaxtında olun.

Oksigenlə zəngin yerlərdə — meşə, dəniz kənarı, dağlıq ərazilərdə vaxt keçirin.

Pəhrizə diqqət edin: zərdəçal, zəncəfil, sarımsaq, brokoli, portağal, qoz və balıq kimi antioksidant və vitaminlərlə zəngin qidalar yeyin.

Keyfiyyətli yuxu alın, çünki hüceyrələr gecə regenerasiya edir.

Hava çirkliliyinin yüksək olduğu yerlərdə və ictimai nəqliyyatda maska taxın.

Əsas risk faktorları

Ağciyər sağlamlığını ən çox siqaret, havanın çirklənməsi, tənəffüs yolu infeksiyaları və zərərli iş mühitləri təhdid edir. Xüsusilə siqaret və elektron siqaretlər ağciyər xərçəngi və KOAH-ın başlıca səbəblərindəndir.

Ağciyərlər həmişə bərpa olunurmu?

Ağciyərlər müəyyən qədər özünü təmizləyə bilir. Amma fibroz kimi geri dönməz zədələr olduqda tam bərpa mümkün deyil. Sağalma prosesi insanın yaşı, sağlamlığı və zədələnmənin dərəcəsindən asılı olaraq aylarla, hətta illərlə çəkə bilər.

Siqareti buraxdıqdan sonra nə baş verir?

Mütəxəssislərə görə, siqareti buraxan andan etibarən sağalma başlayır. İlk 24 saatda qanda nikotin sıfırlanır. 1-12 ay ərzində öskürək və nəfəs darlığı azalır. 10 ildən sonra isə ağciyər xərçəngi riski siqaret çəkənlərlə müqayisədə yarıya enir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
7
e-saglam.az

1Источники