RU

Hakan Fidan: “Ukrayna və Rusiya savaşı davam etdirmək mesajı verir”

Ukrayna-Rusiya müharibəsi dayanmaq əvəzinə daha da gərginləşir.

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber-ə müsahibəsində bildirib ki, son hava hücumları tərəflərin bir-birinə açıq mesajıdır: onlar savaşı dayandırmaq niyyətində deyillər.

Nazirin sözlərinə görə, bu, hərbi strategiyalarda geniş yayılmış yanaşmadır:
“Əgər tərəflərdən biri güzəştə getsə, qarşı tərəf daha sərt və qətiyyətli addımlar atar. Bu təəssüratı yaratmamaq üçün həm Ukrayna, həm Avropa, həm də Rusiya bütün gücü ilə hərbi səylərini artırır”.

Fidan həmçinin vurğulayıb ki, Rusiya Donbasın bir hissəsinin təhvil verilməsi ilə müharibəni bitirməyi təklif etsə də, Kiyev bu varianta qəti şəkildə “yox” deyib. Bu səbəbdən də yaxın vaxtlarda döyüşlərin dayandırılması gözlənilmir.

Nazir əlavə edib ki, hər iki tərəfin “öz arqumentləri və mövqeləri” var, bu da münaqişənin daha da uzanacağına işarədir.

Musavat.com

Избранный
4
musavat.com

1Источники