Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Donald Tramp İllinoys ştatının Çikaqo şəhərində asayişin bərpasına kömək etmək üçün Milli Qvardiyaya 300 əsgər göndərməyi əmr edib.
Bu barədə Amerika KİV-ləri xəbər verib.
"Pritsker kimi yerli liderlərin dayandırmaqdan imtina etdiyi davam edən iğtişaşlar və qanunsuzluqlar fonunda Prezident Tramp federal məmurları və əmlakı qorumaq üçün 300 Milli Qvardiya əsgərinə səlahiyyətlər verib", - deyə Ağ Evin mətbuat katibi Ebiqeyl Cekson bildirib.