Demokrat.az xəbər verir ki, bu barədə "Universe Space Tech" məlumat yayıb.
Məlumata görə, bu ayın əsas hadisəsi "çılpaq gözlə" görünə bilən C/2025 A6 (Lemmon) kometasının müşahidəsi ola bilər.
Artıq 6 oktyabrda sübh çağına yaxın Ay Saturna yaxınlaşacaq, daha sonra isə Neptunla "birləşmə" baş verəcək. Lakin hər üç cisim üfüqün altında olacaq və bunu "çılpaq gözlə" görmək mümkün olmayacaq. Teleskopla müşahidələr üçün ən yaxşı vaxt 5 oktyabrdan 6 oktyabra keçən gecədir.
7 oktyabrda bədirlənmiş Ay görünəcək.
13 oktyabrdan 14 oktyabra keçən gecə Ay Yupiterlə bir araya gələcək. Gecə boyu Ayın Əkizlər bürcündə hərəkət etməsini görmək mümkün olacaq.
19 oktyabrda Ay Veneranın yanında olacaq.
21 oktyabrda C/2025 A6 (Lemmon) kometası Yerə ən yaxın məsafədə olacaq. Bunu Şimal yarımkürəsində müşahidə etmək mümkün olacaq.
2 oktyabrdan 7 noyabra qədər Orionid meteor yağışının fəallığı müşahidə olunur və onun pik nöqtəsi 21 oktyabrda gözlənilir.
9Источники
-
moderator.azOktyabrın ən parlaq astronomik hadisələri ( 22065160)
-
musavat.comOktyabrın ən parlaq astronomik hadisələri ( 22064935)
-
demokrat.azOktyabrın ən parlaq astronomik hadisələri ( 22064824)
-
milli.azOktyabrın ən parlaq astronomik hadisələri ( 22063036)
-
avtosfer.azOktyabrın ən parlaq astronomik hadisələri ( 22061326)
-
news365.azOktyabrın ən parlaq astronomik hadisələri ( 22060918)
-
bizim.mediaOktyabrın ən parlaq astronomik hadisələri ( 22060600)
-
yenisabah.azOktyabrın ən parlaq astronomik hadisələri ( 22060474)
-
oxu.azOktyabrın ən parlaq astronomik hadisələri ( 22060333)