Qazaxda avtomobil dərəyə aşıb. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. Minik avtomobilinin dərəyə aşması nəticəsində 2004-cü il təvəllüdlü Afiq İsmayılov və həmyaşıdı Orxan Məmmədəliyev ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта