III MDB Oyunlarında avarçəkmə yarışları start götürüb.
90deqiqe.Az-ın məlumatına görə, yarışların ilk günündə Azərbaycan idmançısı Amil Ramazanov medal sevinci yaşayıb.
Gənc avarçəkən birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007–2008-ci il təvəllüdlü idmançılar arasında mübarizə apararaq bürünc medala sahib olub.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.