RU

Paşinyan kabab çəkib videosunu paylaşdı, Ermənistanda narazılıq doğurdu - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü Göyçə gölü (Sevan) sahilində kabab bişirərkən çəkdiyi videonu sosial media hesabında paylaşıb.

Musavat.com xəbər verir ki, kadrda Paşinyan ailəsi ilə birlikdə göl mənzərəli villada istirahət edir və kabab hazırlayır.

Baş nazirin bu paylaşımı ölkə ictimaiyyətində böyük narazılıq doğurub. Onun paylaşımına yüzlərlə erməni vətəndaş etiraz və tənqid dolu şərhlər yazıb.

KABA.png

KABA

KABA

Sosial şəbəkə izləyicilərinin çoxu yazır ki, ölkədə iqtisadi vəziyyət ağırdır, əhalinin əhəmiyyətli hissəsi yoxsulluq içində yaşayır, işsizlik artır, bir çox ailələr gündəlik ərzaq ehtiyaclarını belə ödəyə bilmir, belə bir şəraitdə baş nazirin kabab bişirib paylaşması xalqla məsafə yaratmaq deməkdir.

Şərh yazanlardan biri, Ovik Qriqoryan, “Cənab baş nazir, Anna ilə nə yeyəcəyinizi göstərməyə ehtiyac yoxdur. Ölkədə minlərlə insan bir parça çörək tapmır, əlillər və təqaüdçülər ac qalır. Manqal yeməyi hardan çıxdı ? Anna kabab görməyib ki? Bu onun gündəlik yeməyidir” – deyə yazıb. Başqa bir istifadəçi, Varta Q., “Ermənistanda uşaqlar ac yatır, nənələr yemək tapmır, sən hansı ağılla manqal hazırlayırsan, ayıb olsun”, sözləri ilə Paşinyanı sərt tənqid edib.

Amma etiraz edənlər qədər də onu dəstəkləyən, "nuş olsun", "xoş gəlmisən", yazanlar var.

Musavat.com-a görə, Paşinyanın “jurnalist vərdişləri” hələ də davam edir – o, istər rəsmi tədbirdə, istər səfərdə, istərsə də istirahət zamanı hər addımını videoya çəkir və paylaşır.

Musavat.com bildirir ki, Paşinyan həftəsonunu Göyçəgölü sahilində keçirib və onun bu ərazidən daha bir neçə videosu var.

Musavat.com

Избранный
14
musavat.com

1Источники