Bərdə şəhərində pendir sexində partlayış olub.
Trend-in yerli müxbiri xəbər verir ki, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb. Hadisə nəticəsində müəssisədə nəzarətçi işləyən 1960-cı il təvəllüdlü Teyyub Yusibov həyatın itirib.
Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.