RU

Putindən ABŞ-a sərt xəbərdarlıq: “Tomahawk”lar hər şeyi dağıdacaq

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya “Tomahawk” tipli raketlər ötürə biləcəyi barədə yayılan məlumatlara sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Putin bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində danışıb. Onun sözlərinə görə, belə bir addım Moskva ilə Vaşinqton arasında onsuz da gərgin olan münasibətləri tamamilə dağıda bilər.

“Bu, münasibətlərimizin dağıdılmasına gətirib çıxaracaq. Ən azı müşahidə olunan müsbət tendensiyaların məhvinə səbəb olacaq”, – Kreml rəhbəri bildirib.

Putin həmçinin vurğulayıb ki, ABŞ tərəfinin Ukraynaya uzaqmənzilli hücum silahları verməsi regionda vəziyyəti daha da gərginləşdirəcək və yeni eskalasiyaya yol aça bilər.

Musavat.com

Избранный
9
3
musavat.com

10Источники