RU

Şəmkirdə piyadanı naməlum avtomobil vuraraq öldürdü

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şəmkirdə avtomobil piyadanı vurub hadisə yerindən qaçıb.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində baş verib.Hərəkətdə olan naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1990-cı il təvəllüdlü D. Hüseynovu vurub. 

 

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı araşdırma aparılır.Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
bizim.media

2Источники